Söyüşə görə qonşusunu bıçaqlayan gəncə hökm oxundu

Söyüşə görə qonşusunu bıçaqlayan gəncə hökm oxundu

Söyüşə görə adam bıçaqlayan gənc hakim qarşısına çıxarılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda ittiham olunan 21 yaşlı İmran Nağıyevin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı çıxış edərək İmran Nağıyevin 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin hökmü ilə xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmaqda ittiham olunan İmran Nağıyev 4 il müddətinə azadlıqdan məhrum edilib.

Məlumata görə, İmran Nağıyev qonşusu Hüseyn Hüseynovu bıçaqlayıb. Səbəb isə Hüseynin aralarında olan söhbət zamanı ona qarşı nalayiq ifadə işlətməsi olub.

Mənbə: cia.az