Ermənistanda nazir qəza törədib, 14 yaşlı uşaq yaralanıb

Ermənistanda nazir qəza törədib, 14 yaşlı uşaq yaralanıb

Ermənistanın Vayots Dzor vilayətindən İrəvana gələrkən Ermənistanın ərazi idarəetmə naziri Suren Papikyanın "Toyota Land Crauser" markalı, "36 RO 720" nömrəli avtomobili yüksək sürətlə hərəkət edərkən Ararat vilayətinin Surenavan kəndinin yanında qarşıdan gələn "Niva" markalı avtomobilə çırpılıb. Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, qəza nəticəsində avtomobildə olan 14 yaşlı uşaq avtomobildən kənara düşüb və düşdüyü yer kifayət qədər uzaq olub.

Hazırda uşağın vəziyyəti son dərəcə ağır qiymətləndirilir.

Suren Papikyanın köməkçiləri dərhal avtomobilin dövlət nömrə nişanlarını çıxarıblar. Səlahiyyətli şəxslər hadisəni ört-basdır etmək üçün hər şey edirlər. Suren Papikyan avtomobildə olub.

Alpər Mövludoğlu
Ordu.az

 

Mənbə: ordu.az