Rusiyada cinayətkar dəstəyə hökm: Süleymanovun qətli, iki ömürlük həbs, Əbilova 13 il

Rusiyada cinayətkar dəstəyə hökm: Süleymanovun qətli, iki ömürlük həbs, Əbilova 13 il

Rusiyanın Moskva vilayət məhkəməsi 1999-2011-ci illərdə ağır cinayətlər törətmiş mütəşəkkil dəstə barədə hökm oxuyub.

Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, Dmitri Lesnyakov və Dmitri Zavyalovun rəhbərlik etdiyi dəstə Moskva və Rusiyanın digər bölgələrində 40-dən çox ağır və xüsusi ağır cinayətlər törətməkdə ittiham olunublar.

Rusiya İstintaq Komitəsinin məlumatına görə, cinayətkar dəstə 1990-cı illərin sonunda Puşkin şəhərində formalaşıb. Onların ilk qurbanı “Rodnikbank”ın sahibi Boris Terpuqov olub. Lesnyakov və Zavyalovun dəstəsi bundan sonra çoxsaylı qətllər, quldurluq, hədə-qorxuyla gəlir əldə etmə kmi onlarla cinayət törədiblər. Onların qurbanlarından biri də azərbaycanlı biznesmen Fizuli Süleymanov olub. Süleymanovun biznesinə göz dikən dəstə başçıları, heç nə əldə edə bilmədikdə onu güllələyiblər.

Məhkəmə Lesnyakov və Zavyalovu, habelə Ralif Faizovu ömürlük həbs cəzasına məhkum edib. Dəstənin digər üzvləri Dmitri Zadkov, Valeri Babayev, Aleksandr Lebedev, Serqey Freyr isə 12 ildən 23 ilədək cəza alıblar. İdrak Əbilov adlı azərbaycanlı dəstə üzvü isə 13 il həbslə cəzalandırılıb.

Mənbə: cebhe.info