Xətaidə hər şey oğurlanır, polis isə tapa bilmir...

Xətaidə hər şey oğurlanır, polis isə tapa bilmir...

Xətai rayonunda oğurluq hadisələri son günlər kəskin çoxalıb.

Bu barədə Axar.az-a məlumat verən rayon sakinləri bildiriblər ki, bloklarda, alaqapının önündə olan dibçək güllərindən tutmuş velosipedlərə qədər, oğrular əllərinə keçəni oğurlayırlar.

“Binada 7/24 kamera müşahidəsi var və velosipedlərin oğurlanmasının görüntülərini də kamera qeydlərindən çıxarıb, polisə təqdim etmişik. Xətai rayon Pİ-nin 36-cı polis bölməsi qeydlər əsasında oğruların axtarışının aparıldığını bildirib. Təəssüf ki, nəticə yoxdur”, - Gəncə prospekti-30-da yaşayanlar bildirib.

Sakinlərin sözlərinə görə, blokların qapıları bağlı olsa da, oğrular gəlib gözləyir və bina sakinlərindən kimsə qapını açanda bloka daxil olurlar. Daha sonra isə bütün mərtəbələri gəzib, oğurluq edirlər.

“Oğruların tapılmaması onların əl-qolunu da açıb. Son 3 gün ərzində oğurluqların sayı çoxalıb”, - sakinlər bildirib.

Mənbə: axar.az