Beyrutda terror törətmək istədilər

Beyrutda terror törətmək istədilər

Eastnews.org-un verdiyi xəbərə görə, Livanın paytaxtı Beyrut şəhərində "Nusra Cəbhəsi" terrorçu qruplaşması üzvlərinə qarşı əməliyyat keçirilib.

Bu barədə Daxili Təhlükəsizlik Xidməti məlumat yayıb.

Məlumatda vurğulanır ki, paytaxt Beyrut şəhərində keçirilən antiterror əməliyyatı zamanı 5 yaraqlı saxlanılıb.

Yaraqlıların gözlədikləri yerdən onlarla partlayıcı maddə də tapılıb.

Terrorçular istintaqa verdikləri ilkin ifadədə Beyrutda terror törətmək istədiklərini etiraf ediblər.

 

Mənbə: eastnews.org