"Taliban" növbəti 2 rayonu işğal etdi

"Taliban" növbəti 2 rayonu işğal etdi

Eastnews.org-un verdiyi xəbərə görə, Əfqanıstanın şimalındakı Fəryab və Cüzcan vilayətlərindəki iki rayon "Taliban"ın nəzarətinə keçib.

Digər tərəfdən, "Taliban" Xacə Səbzpuş və Murdiyan rayonlarındakı bütün ictimai binaların və polis bölmələrinin öz nəzarətində olduğunu açıqlayıb.

Son 2 ayda ölkə daxilində "Taliban" nəzarətinə keçən rayon sayı 20-ni ötüb.

Yerli rəsmilərdən toplanan məlumata görə, "Taliban" ölkədəki 407 rayondan 90-nını ələ keçirib.

Mənbə: eastnews.org