Çobanın çağırışından sonra minlərlə sakin bölgəyə axın etdi: Torpağın altından çıxaranda... / FOTOLAR

Çobanın çağırışından sonra minlərlə sakin bölgəyə axın etdi:  Torpağın altından çıxaranda... / FOTOLAR

Cənubi Afrikanın LvaZulu-Natal əyalətindəki kənddə tapılan daşların kvars kristalları olduğu məlum olub.

Metbuat.az xəbər verir ki, bu barədə rəsmi dairələr məlumat yayıb. Məlumata görə, ərazidən nümunələr götürülüb və araşdırmalardan sonra qəribə rəngli daşların kvars kristalları olduğu dəqiqləşib.

Qeyd edək ki, ötən həftə çoban tarlada qoyunlarını otararkən qəribə görünüşə malik daşlarla rastlaşmışdı. Yerli sakinlər daşların almaz olduğunu güman edirdi. Bu iddia minlərlə sakinin əraziyə axın etməsinə səbəb olmuşdu.

Mənbə: metbuat.az