Berlində silahlı insident YARALILAR VAR

Berlində silahlı insident YARALILAR VAR

Almaniyanın paytaxtı Berlin şəhərinin mərkəzində naməlum şəxs yoldan keçən sakinləri odlu silahdan atəşə tutub.

Bu barədə Almaniyanın “Bild” nəşri məlumat yayıb.

Hadisə Veddinq rayonunda yerləşən barın yaxınlığında baş verib. İnsident nəticəsində üç nəfər ağır yaralanıb.

Bütün zərərçəkənlər xəstəxanaya yerləşdirilib. Hadisəni törədən şəxsin saxlanılması istiqamətində xüsusi əməliyyat keçirilir.

Ərazi polis tərəfindən mühasirəyə alınıb, istintaq başladılıb.

Mənbə: virtualaz.org