Zakir Sultanovun həbs müddəti artırıldı

Səbail Rayon Məhkəməsində Mədəniyyət Nazirliyin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanovun barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi təqdimatlara baxılıb.

Virtualaz.org bildirir ki, məhkəmənin qərarına əsasən, istintaq orqanının təqdimatları təmin edilib və onun həbs müddəti 3 ay artırılıb.

Xatırladaq ki, Zakir Sultanov mədəni və tarixi abidələrin qorunması və yenidən qurulması üçün ayrılan büdcə pullarını mənimsəmə ittihamı ilə saxlanılıb.

Virtualaz.org

ƏVVƏLKİ XƏBƏR

“Məncə, əlavə sanksiyalar qaçılmazdır...” AVROPDA MÜZAKİRƏLƏR GEDİR

SONRAKI XƏBƏR

BŞTİ: "Valideynlərə kömək məqsədilə 31 Alternativ qeydiyyat mərkəzi fəaliyyət göstərir"