Ermənistanda seçkiqabağı rüşvət paylayan 5 nəfər saxlanıldı

Ermənistanda parlament seçkiləri öncəsi təşviqat dövründə rüşvət paylamaqda şübhəli bilinən 5 nəfər saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistanın Xüsusi İstintaq Xidmətinin Mətbuat xidməti məlumat verib.

Ermənistanın Şirak vilayətinin Artik şəhərində Milli Təhlükəsizlik Xidməti ilə birlikdə başladılan cinayət işi çərçivəsində 12 mənzildə aparılan axtarışlar zamanı seçici siyahıları, böyük miqdarda pul vəsaiti və bir sıra digər maddi sübutlar aşkarlanaraq götürülüb. Nəticədə, partiya bloklarından birinin lehinə seçkiqabağı rüşvət paylamaqda şübhəli bilinən beş nəfər saxlanılıb.

İlkin istintaq davam edir.

Qafqazinfo.az

ƏVVƏLKİ XƏBƏR

"Survivor"ın qalibi Bakıya gəldi - FOTOlar

SONRAKI XƏBƏR

BŞTİ: "Paytaxtdakı 187 məktəbdə 709 təmayül sinif təşkil olunub"