PKK-nın dəstə başçılarından biri azadlıqdan məhrum edilib

PKK terror təşkilatının "Qəhrəman" kod adı ilə tanınan "komandiri" Şərafəddin Təkin 27 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

"Report"un məlumatına görə, o, Diyarbəkir Şəhər Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə qanunsuz silahlı dəstə yaratmaq, terror aktları törətmək, ölkədə milli ayrı-seçkilik salmaq və s. maddələrlə ittiham olunub.

Qeyd edək ki, Ş.Təkin ötən gün Diyarbakırın Hani rayonunda keçirilən əməliyyat zamanı saxlanılıb.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Sahil Babayevin özünəməşğulluq korrupsiyası

SONRAKI XƏBƏR

"Qara göbələk" sürətlə yayılır: Bu ölkədə də aşkarlandı