Azərbaycanda məşhur restoranda güclü yanğın - VİDEO

Şabran rayonunda restoranda yanğın olub.

APA-nın verdiyi məlumata görə, Bakı-Quba yolunun kənarında yerləşən “Qala” restoranında başlayan yanğının söndürülməsi üçün əraziyə Şabran Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və yanğınsöndürən maşınları cəlb olunub və yanğın söndürülüb.

Yanğın nəticəsində restoranın 500 kvadratmetr hissəsi tamamilə yanıb. Yanğının söndürülməsi üçün əraziyə Şabran Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və yanğınsöndürən maşınları cəlb olunub. Alovun ətraf əraziyə keçməsinin qarşısı alınıb.

Yanğının səbəbləri araşdırılır.

 

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Əlcəzair nəşri azərbaycanlı diplomatın müsahibəsini yayıb

SONRAKI XƏBƏR

Ermənistanda partiya və blokların neçə mandat qazandığı açıqlandı