Bakıda qadınlar evdən oğurluq edib - Video

Bakıda qadınlar evdən oğurluq edib - Video

Sabunçu rayon II Zabrat qəsəbəsi Kərim Kərimov küçəsində oğurluq hadisəsi baş verib.

Bizimyol.info xəbər verir ki, oğurluq hadisəsi qonşuların əraziyə quraşdırdığı kameraya düşüb.

Videogörüntülərdə iki qadının küçədə hərəkət etdiyi görünür.

Qadınlardan biri ətrafa boylanaraq, qapını açaraq içəri daxil olur. Digər qadın isə arabada olan uşağı küçədə qoyaraq həyətə girir. Bir neçə dəqiqə sonra qadınlar əlidolu həyətdən çıxır.

Qonşuların sözlərinə görə, bu məhlədə ilk oğurluq hadisəsi deyil.

Hamı bu qadınlara diqqətlə baxsın.

Sakinlər hadisə ilə bağlı polisə şikayət edib.

Mənbə: www.bizimyol.info