Vaksinasiyanın COVID-lə mübarizədə rolu - VİDEO

Statistikaya əsasən, Azərbaycanda ötən gün ərzində 56 nəfər koronavirusa yoluxub.

İndiyədək isə ölkədə ümumilikdə 335 493 nəfər koronavirusa yoluxub. Onlardan 329 550 nəfər müalicə olunaraq sağalıb, 4 962 nəfər vəfat edib.

Rəqəmlər onu deməyə əsas verir ki, artıq infeksiyaya yoluxmada azalma müşahidə edilir. Bunun əsas səbəbi isə təbii ki, vaksiyaniya prosesi ilə bağlıdır.

Xatırladaq ki, Azərbaycanda ötən gün ərzində koronavirus əleyhinə 32 795 vaksin vurulub.

Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 993, ikinci mərhələdə isə 14 802 nəfərdir. İndiyədək 2 989 458 nəfər vaksinasiya prosesində iştirak edib.

7 saylı şəhər poliklinikasının şöbə müdiri Səbinə Həsənovanın sözlərinə görə, vaksinasiya virusla mübarizədə böyük rol oynayır. Hazırda vaksin olunmaq üçün poliklinikalara üz tutanların sayında çoxalma var.

Qeyd edək ki, Azərbaycanda koronavirusa qarşı vaksinasiya prosesinə bu ilin yanvarın 18-dən etibarən start verilib.

Daha sonra bu proses mərhələli şəkildə davam etdirilib. Hazırda ölkədə Koronavac, AstraZeneca, Sputnik V, Pfizer vaksinlərindən istifadə olunur.

Dünya ölkələrində isə koronavirusa yoluxma pik həddədir. Bu yöndə siyahıya Hindistan, Braziliya və Amerika liderlik edir.

Belə ki, Hindistanda gün ərzində 53 min, Braziliyada 44 min, Amerikada isə 4 mindən çox insan koronavirusa yoluxub.

 

 

Realtv.az

ƏVVƏLKİ XƏBƏR

Bakıda qadınlar evdən oğurluq edib - Video

SONRAKI XƏBƏR

"Neftçi" yeni mövsümün formalarını təqdim etdi