Koronavirus xəstələri niyə çürüntü qoxusu hiss edir? – SƏBƏBİ

Koronavirus xəstələri tez-tez burunlarına çürüntü, irin qoxusu gəldiklərini bildirir.

Həkimlər bunun səbəbini açıqlayıb.

Olaylar.az xəbər verir ki, LOR həkimlər bunun səbəbini haymor ciblərində irin, bakteriya, haymoritlə əlaqələndirib.

İltihablaşmış burun ciblərindən çürüntü qoxusu gəlir. Koronavirus zamanı bu problem baş verir.

Eləcə də xəstə çoxlu antibiotik qəbul edibsə, bu istənilən orqanlarda mikrofloranı pozur və zərərli bakteriyalar baş qaldırır. Onların toplaşdığı yerdən də həmişə pis qoxu hiss edilir.

"Rinit və haymorit xəstələrində bu problem mütləq olur. Bu simptomlar varsa, mütləq LOR həkimə müraciət edib, rentgen olunmalı və burun cibləri yuyulmalı, açılmalıdır. O zaman o qoxu da çəkilib gedəcək".

Olaylar.az

ƏVVƏLKİ XƏBƏR

Rusiya aviaşirkəti iyulun 10-dan Moskvadan Antalyaya uçuşlara başlayacaq

SONRAKI XƏBƏR

Erməni ekspert: “Qarşıdakı aylarda Türkiyə və Azərbaycanla ikinci kapitulyasiya sənədini imzalayacağıq”