Müəllimə tələbəsi ilə cinsi əlaqədə olduğu üçün HƏBS EDİLDİ

ABŞ-ın Tomboll şəhərində şagirdin onu "yoldan çıxartdığını" iddia edən ingilis dili müəlliməsi, 31 yaşlı Marka Bodin yeniyetməylə cinsi əlaqədə olduğu üçün həbs edilib.

BiG.AZ xəbər verir ki, bu barədə "GruntStuff" yazır.

Bodinin keçmiş şagirdi onu seksual təcavüzdə ittiham edib. Oğlanın sözlərinə görə, müəlliməsi 2 il yarım ərzində ona təcavüz edib.

Məhkəmə qarşısına çıxan Bodin isə, əksinə, şagirdin dəfələrlə onu özünə xəsarət yetirəcəyi ilə təhdid etdiyini bildirib. Lakin istintaq zamanı məlum olub ki, 2018-ci ildən müəllimə hazırda cəmi 16 yaşı olan şagirdlə dəfələrlə intim münasibətdə olub.

Qadın şagirdlə cinsi əlaqədə olduğunu və ona onlarla foto və video göndərdiyini etiraf edib.

Hazırda müəllimə 100 min dollar girov müqabilində sərbəst buraxılıb.

Faktla bağlı istintaq davam edir.

Natəvan Baxşiyeva

 

 

 

 

 

Big.az

ƏVVƏLKİ XƏBƏR

Sektor müdiri Bakıda istismar müddətini başa vurmuş binalardan DANIŞDI

SONRAKI XƏBƏR

Moskvada kafe və restoranlara yalnız bu şəxslər buraxılacaq