Moskvada COVID-19-a yeni yoluxanların 90 faizində “Hindistan ştammı” aşkarlandı

Moskvada COVID-19-a yeni yoluxanların 90 faizində “Hindistan ştammı” aşkarlandı

Rusiyanın paytaxtı Moskva şəhərində yeni növ koronavirus (COVID-19) infeksiyasına yeni yoluxanların 90 faizində "Hindistan ştammı" aşkarlanıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Moskva merinin müavini Anastasiya Rakova "Rossiya 24" telekanalına müsahibəsində deyib.

"Əlbəttə ki, yoluxmada bu cür artımın hər zaman kompleks səbəbləri olur. Bu səbəblər vətəndaşların təhlükəsizlik qaydalarına diqqətsiz yanaşması, ilk növbədə qoruyucu tibbi maska taxmaması və vaksinasiyanın aşağı olmasıdır. Əlbəttə ki, səbəblərdən biri də bizə "Hindistan ştammı"nın gəlməsidir", - deyə Moskva merinin müavini vurğulayıb.

 

Mənbə: news.milli.az