İranda ilk dəfə uzaq məsafədən robotla əməliyyat keçirildi - Foto/Video

İranda ilk dəfə uzaq məsafədən robotla əməliyyat keçirildi - Foto/Video

Eastnews.org-un verdiyi xəbərə görə, Tehran Tibb Fakültəsi müəllimlərindən və Sina Robotik İnnovasiya və Tibb Şirkətinin baş meneceri Əlirza Mirbaqiri tamamilə İran istehsalı olan Uzaqdan Robototexnika Cərrahiyyə Sistemi Sinanın qeydiyyata alındığını və dünya bazarları buraxılmağa hazır olduğunu söyləyib.

 

Mirbaqiri Tehran İmam Xomeyni Xəstəxanasında bu sistemlə təcrübə heyvanı üzərində aparılan əməliyyatdan sonra açıqlama verib. Açıqlamasında "Bu, İranda ilk uzaqdan aparılan robototexnik əməliyyatdır, belə ki, cərrah Sina xəstəxanasında idi və robotla əməliyyat olunan it arasında 7 km məsasə var idi", - deyib.

 

15 il əvvəl bu sistem üzərində işləməyə başladıqlarını bildirən Mirbaqiri sistemin iki hissədən ibarət olduğunu qeyd edib. Cərrahiyyə alətlərinin Sina xəstəxanasında və cərrahiyyə robotlarının isə xəstənin yanında olduğunu, hər iki hissənin 5G sürətli internetlə əlaqələndirildiyini və əməliyyatın bu formada aparıldığını söyləyib.

 

Mirbaqiri bu sistemin Amerika sistemi ilə rəqabət edə biləcək bir səviyyədə olduğunu və ABŞ sisteminin üçdə bir qiymətinə satıldığını söyləyib.

Mənbə: IRNA, Mehr

Mənbə: eastnews.org