Tarixin ən dəhşətli uşaq istismarı... - FOTOLAR

Tarixin ən dəhşətli uşaq istismarı... - FOTOLAR

Kanadada internat kilsə məktəbinin bağçasında yüzlərlə ölü cəsədin qalıqları olan yeni uşaq qəbirləri tapılıb. Məzarlar Saskatçevan əyalətindəki internat məktəbinin bağçasında olub. Səlahiyyətli şəxslər bölgədəki məzarların indiyə qədər tapılan ən çox uşaq qəbirləri olduğunu söyləyib.

“Sherg.az” “Haberglobal.com”a istinadən bildirir ki, Kanada tarixindəki ən böyük uşaq istismarıçısı sayılan kilsə internat məktəblərindən birincisi 1880-ci illərin əvvəllərində açılıb, sonuncusu isə 1996-cı ildə bağlanıb.

Kanada “Birinci Millət Yerlilərinin Milli Başçısı” Perri Belqrad baş verən hadisə barədə Tvitter hesabında yazıb:

“Yüzlərlə adsız qəbirin tapılma xəbəri tamamilə faciəlidir, lakin təəccüblü deyil. Bütün kanadalıları son dərəcə çətin və emosional zamanda birlik olmağa çağırıram."

Qeyd edək ki, 150 mindən çox uşaq ailələrindən zorla götürülüb və kilsə internat məktəbinə yerləşdirilib. Burada uşaqların əksəriyyəti keşişlər, rahibələr və digər müəllimlər tərəfindən fiziki, cinsi və psixoloji zorakılığa məruz qalıblar. Kanada federal hökuməti 2008-ci ildə minlərlə uşağın öldüyünə və kilsə internat məktəblərində baş verənlərə görə rəsmi olaraq qurbanlardan üzr istəyib.

 

Mənbə: sherg.az