Bakıda avtomobili aşan sürücü öldü

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Metbuat.az-a verilən xəbərə görə, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində paytaxt sakini İlham Babayev idarə etdiyi “VAZ-2106” markalı avtomobili aşırıb. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş sürücü orada ölüb.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

 

 

Metbuat.az

ƏVVƏLKİ XƏBƏR

XİN başçısı: “Gürcüstan Avropa İttifaqının bölgədə daha fəal iştirakına ümid edir”

SONRAKI XƏBƏR

343 gün erməni əsirliyində qalan azərbaycanlı: "Bizə dəhşətli işgəncələr verirdilər" - VİDEO