Bakıda iki avtobus qəzaya uğradı: Yaralılar var - YENİLƏNİB + VİDEO

Bakıda iki avtobus qəzaya uğradı: Yaralılar var - YENİLƏNİB + VİDEO

Bu gün saat 13:30 radələrində M.Useynov prospektində 5 və 125 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən iki sərnişin avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. 

Bununla bağlı Bakı Nəqliyyat Agentliyi məlumat yayıb. 

Hadisə Bakı Nəqliyyat Agentliyi tərəfindən dərhal nəzarətə götürülüb və hazırda müvafiq araşdırma aparılır. Hər iki marşrut xətti üzrə daşıyıcı şirkət “BakuBus” MMC-dən izahat tələb olunub. 

Xoşbəxtlikdən qəza nəticəsində ölüm halı qeydə alınmayıb. Sərnişinlərdən yeddi nəfər xəsarət alıb ki, onlara da ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

***

Bakıda iki avtobusun toqquşması nəticəsində baş verən qəzada ölən olmayıb. 

Oxu.Az-ın əldə etdiyi məlumata əsasən, hadisə zamanı bir neçə nəfər xəsarət alıb. 

Qeyd edək ki, qəza zamanı “BakuBus” MMC-yə məxsus iki avtobus toqquşub.

***

Bakıda avtobusların iştirakı ilə ağır qəza baş verib.

Oxu.Az xəbər verir ki, qəzanın görüntüləri sosial şəbəkədə paylaşılıb.

Azneft dairəsi yaxınlığında baş verən hadisə zamanı ölən və yaralananlarla bağlı məlumat yoxdur.

Həmin görüntüləri təqdim edirik:

Mənbə: oxu.az