İngiltərədə ilginc olay yaşanıb. Azvision.az xəbər verir ki, koronavirus xəstəsi olan 72 yaşlı Deyv Smit on aylıq müalicədən sonra sağalıb. Hazırda bu uzun müddətli xəstəlik daşıyıcısı kimi rekord göstərici sayılır. O yeddi dəfə xəstəxanaya yerləşdirilib, COVID-19 üçün götürülən testlərdən 42-si isə müsbət olub.
Smitin 2020-ci ildə İngiltərədəki ilk dalğanın başlanğıcında koronavirusa yoluxduğu bildirilir. Onunla bərabər xəstələnən insanların çoxu bir neçə həftədən sonra yaxşılaşsalar da, bu ahıl ingilisin müalicələri əhəmiyyətli dərəcədə uzun sürüb. O üst-üstə 290 gündən çox, demək olar ki, 10 ay COVID-19 xəstəsi olub.
"Həyat yoldaşım beş dəfə dəfn mərasimləri təşkil etməyə hazırlaşdı",-deyə Smit bildirib.
Tural Tağıyev
Mənbə: azvision.az