Qardabanidə iki yeniyetmə göldə batıb

Qardabanidə iki yeniyetmə göldə batıb

Gürcüstanda azərbaycanlıların sıx yaşadıqları Qardabani rayonunda 15-17 yaşlarında iki yeniyetmə süni göldə batıb.

“Report”un yerli bürosu xəbər verir ki, dalğıclar onlardan birinin meyitini tapıblar.

Yayılan məlumatlara əsasən, göldə üç yeniyetmə çimib. Onlardan yalnız biri sahilə çıxıb.

Digər yeniyetmənin axtarışları davam etdirilir.

Mənbə: report.az