Dünyanın ən balaca evli kişisi – 56,8 sm fərqlə Rekordlar Kitabına düşdülər

Dünyanın ən balaca evli kişisi – 56,8 sm fərqlə Rekordlar Kitabına düşdülər

Sevginin, sayğının dəyərsizləşdiyi bir zamanda əsl sevgilərin mümkünsüz olduğunu fərz edirik. Lakin rastlaşdığımız bəzi xəbərlər bizə mümkünsüz hesab etdiyimiz bu gözəl hissin var olduğunu sübüt edir.

Bizim.Media xəbər verir ki, Ceyms və Xloe cütlüyü bu sübuta misaldır.

Belə ki, Xloe həyatyoldaşının ondan 56,8 sm kiçik olduğunu bilsə də, bu əngəl onların qovuşmağına maneə yarada bilməyib. Boyu 109.3 sm olan Ceyms, 166.1 sm boyu olan xanımı ilə hətta Ginessin rekodrlar kitabına düşməyi də bacar biliblər.

Ceyms nadir sayılan “cırtdan” adlandırılan, “diastrofik displazi” xəstəliyindən əziyyət çəkir.

Bu sümük və qığırdaqların inkişafına mane olan genetik bir xəstəlikdir. Bu xəstəliyi üzündən heç vaxt evlənə bilməyəcəyini düşünən Ceyms, Kardifdə bir kafedə Xloe ilə tanış olur. İlk başdan insanların onlara olan reaksiyalarından çəkinsələr də, sevgiləri bu qorxuya qalib gəlib.

Xloe Ceymslə tanış olana qədər ucaboylu kişiləri bəyəndiyini də bildirib. Lakin Ceymsə aşiq olması bu fikrini tamamilə alt-üst edib.

Bu cütlük artıq 2016-ci ildən bəri evlidirlər. Evliliklərindən 2 yaşlı Olivia adlı qızları da var.
 

Mənbə: bizim.media