Arvadını öldürüb cəsədini çamadanda GİZLƏTDİ

Arvadını öldürüb cəsədini çamadanda GİZLƏTDİ

Hindistanın Andhra-Pradeş ştatının təhlükəsizlik işçiləri 27 yaşlı qadının yanmış cəsədi olan çamadan tapıblar.

Sonxeber.az Lent.az-a istinadən xəbər verir ki, polis qadının ərini bu işdə əsas şübhəli elan edib.

Ərlə arvadın tez-tez mübahisə etdikləri və qadının ərinin COVID-19 pandemiyası səbəbindən işini itirdikdən sonra uzun müddət depressiya ilə mübarizə apardığı qeyd edilib.

Qadın yoxa çıxandan sonra əri onun koronavirusdan öldüyünü açıqlayıb. Hazırda kişi axtarılır. Belə ehtimal edilir ki, kişi qadını öldürüb, cəsədini yandırıb və qalıqlarını bir çamadanın içərisində gizlədib.

Polis, şübhəlinin qətldə iştirakını təsdiqləyən görüntülərin müşahidə kamerasına düşdüyünü söyləyib. Kadrlarda bir nəfərin böyük qırmızı çamadanla mənzil kompleksinə daxil olması əksini tapıb. Bir müddətdən sonra qucağında bir uşaq və çamadanla çıxıb.

Müstəntiqlərin dediyinə görə, çamadanın ağır olduğu da hiss edilir. Müstəntiqlər yerli taksi sürücülərindən birinin meyiti basdırmaqda cinayətkara kömək etdiyini də vurğulayıblar..

 

 

 

 

 

Mənbə: sonxeber.az