Hava şəraiti yağmurlu keçəcək - VİDEO

Hava şəraiti yağmurlu keçəcək - VİDEO

İyulun 21-i və 22-də Bakıda və Abşeron yarımadasında hava şəraiti günəşli olacaq. Zəif cənub küləyi əsəcək.

Bunu REAL TV-yə açıqlamasında EKOLOGİYA VƏ TƏBİİ SƏRVƏTLƏR NAZİRLİYİNİN MİLLİ HİDROMETEOROLOGİYA XİDMƏTİNİN PROQNOZLAR BÜROSUNUN DİREKTORU Gülşad Məmmədova deyib.

O, bildirib ki, səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacaq.

Gülşad Məmmədovanın sözlərinə görə, iyulun 22-dən 24-ü gündüzədək əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

 

 

Mənbə: www.realtv.az