Gəncədə 38 yaşlı kişi kürəyindən bıçaqlanıb

Gəncədə bıçaqlanma hadisəsi olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb.

Gəncə şəhər sakini, 1983-cü il təvəllüdlü Nəbi Elbəy oğlu Kərimov mübahisə zəminində naməlum şəxs tərəfindən kürək nahiyəsindən kəsici ailətlə xəsarət alıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Koronavirusla bağlı SON STATİSTİKA

SONRAKI XƏBƏR

Bakının əsas yollarında tıxac yaranıb