İsveçdə həbsxana qiyamı nəticəsində iki gözətçi bir neçə saat girov saxlanılıb

İsveçdə həbsxana qiyamı nəticəsində iki gözətçi bir neçə saat girov saxlanılıb

İsveçdə baş verən həbsxana qiyamı nəticəsində iki gözətçi bir neçə saat girov saxlanılıb.

AZƏRTAC xəbər verir ki, çərşənbə günü axşam Stokholmun qərbindəki Eskilstuna şəhərində yerləşən həbsxanada baş verən qiyam nəticəsində, iki gözətçisi məhkumlar tərəfindən girov götürülüb.

İsveçin həbsxanaların idarəetməsi üzrə qurumu və yerli polisin yaydığı birgə məlumata əsasən, baş verən ixtişaşlardan sonra iki məhkum Helby həbsxanasında iki zabiti qirov götürərək xüsusi bir otaqda qizlənərək orada barikadalar qurub. Məhkumların adları açıqlanmasa da, onların qətldə günahlanması və otağa digər güvvələrin daxil olması üçün çətinliklərin mövcudluğu, danışığların uzanmasına səbəb olub.

Yerli KİV-lərin verdiyi məlumata görə, məhkumların əsas tələbi cəzaçəkmə müəssəsini tərk etmək üçün bir helikopter olub, lakin uzun sürən danışıqlardan sonda onlar 20 dənə kabab-pizzanın əvəzində polisə təslim olmaq qərarını veriblər.

Qeyd edək ki, qiyam nəticəsində xəsarət alan olmayıb.

Hadisənin baş vermə səbəbləri ilə bağlı araşdırma başlayıb, istintaq aparılır.

 

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

Mənbə: azertag.az