Azərbaycanda ana tanışı ilə 18 yaşlı qızını tualetdə zəncirlə bağladı - YENİLƏNİB + RƏSMİ

Azərbaycanda ana tanışı ilə 18 yaşlı qızını tualetdə zəncirlə bağladı - YENİLƏNİB + RƏSMİ

Bərdə rayonunda yetkinlik yaşına çatmayan qızın sanitar qovşağa zəncirlənməsi faktı ilə bağlı cinayət işi başlanılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Oxu.Az-a bildirilib ki, faktla bağlı Bərdə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 145.2.3-cü (qanunsuz azadlıqdan məhrum etmə, yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda cinayət işi üzrə istintaq hərəkətləri aparılır.

Qeyd edək ki, rayonda yetkinlik yaşına çatmayan 2003-cü il təvəllüdlü Ə.Y.-nın fiziki zorakılığa və istismara məruz qalması barədə rayon polis şöbəsinə (RPŞ) məlumat daxil olub.

Məlumatla əlaqədar RPŞ-nin istintaq-əməliyyat qrupu hadisə yerində olub. İlkin araşdırmalar zamanı müəyyən edilib ki, Ə.Y.-nın anası Şəlalə İsmayılova və onun tanışı Ruslan Rzayevlə birgə yaşadığı evdə yetkinlik yaşına çatmayan qızı tərbiyələndirmək məqsədi ilə sanitar qovşaqda ayağını zəncirlə dəmir boruya bağlayıblar.

***

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Bərdə rayonunda 18 yaşlı qızın anası və onun tanışı tərəfindən fiziki zorakılığa məruz qalması barədə məsələyə münasibət bildirib.

Qurumun mətbuat katibi Teymur Mərdanoğlu Oxu.Az-a açıqlamasında bildirib ki, məsələ Komitənin nəzarətindədir:

“Məsələ barədə lazımı tədbirlər görülür. Həmin şəxslərin əməllərində cinayət tərkibi sübuta yetirilərsə, onlar cinayət məsuliyyətinə cəlb olunacaqlar”.

***

Bərdə rayonunda 18 yaşlı qız anası və onun tanışı tərəfindən fiziki zorakılığa məruz qalıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Oxu.Az-a bildirilib ki, Bərdə rayonunda yetkinlik yaşına çatmayan 2003-cü il təvəllüdlü Ə.Y.-nın fiziki zorakılığa və istismara məruz qalması barədə Rayon Polis Şöbəsinə (RPŞ) məlumat daxil olub:

“Məlumatla əlaqədar RPŞ-nin istintaq-əməliyyat qrupu hadisə yerində olub. İlkin araşdırmalar zamanı müəyyən edilib ki, Ə.Y.-nın anası Şəlalə İsmayılova və onun tanışı Ruslan Rzayevlə birgə yaşadığı evdə yetkinlik yaşına çatmayan qızı tərbiyələndirmək məqsədi ilə sanitar qovşaqda ayağını zəncirlə dəmir boruya bağlayıblar”.

DİN-dən qeyd edilib ki, faktla bağlı adı çəkilən şəxslər RPŞ-yə gətirilib, onların izahatları alınıb, müvafiq ekspertiza təyin olunub: 

“Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.

İlhamə Əbülfət

Mənbə: oxu.az