Əfqanıstanda dəhşətli insanlıq dramı: Bir kənddə yüzdən çox insan öldürüldü

Əfqanıstanda dəhşətli insanlıq dramı: Bir kənddə yüzdən çox insan öldürüldü

Əfqanıstanın Qəndahar vilayətində 100-dən çox dinc sakin qətlə yetirilib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, vilayətin Spin-Boldak kəndinə girən "Taiban" döyüşçüləri əsil qətliam törədiblər.

Məlumata görə, 100-dən çox dinc sakin öldürülüb. Onların arasında uşaqlar da var.
Əfqanıstan DİN sözçüsü Mirvais Stanekzayın dediyinə görə, terrorçular qətlə yetirilənlərin evlərini də qarət ediblər.

Mənbə: news.milli.az