Dövlətin bütün imkanlarını səfərbər etdik - Ərdoğan

Dövlətin bütün imkanlarını səfərbər etdik - Ərdoğan

Fəlakət xəbərini aldığımız andan etibarən dövlətin bütün imkanlarını səfərbər etdik.

Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rizə və Artvindəki sel fəlakətindən danışarkən deyib.

"İndiyə qədər bölgədə 2 min 860 işçi və 705 nəqliyyat vasitəsi xidmət göstərir. Bunlardan da 328-i axtarış-xilasetmə işçiləridir. Fəlakət səbəbindən bağlanan 426 yolun hamısı istifadəyə verilib. Bütün fəlakət bölgəsində artıq içməli su, enerji və ya rabitə problemi yoxdur", - Ərdoğan qeyd edib.

20-25 il öncəki mövsümlərlə indiki mövsümlər arasında dağlar qədər fərq olduğunu deyən Ərdoğan yamaclıq ərazilərdə 5-10 mərtəbəli bina inşa etməməyi məsləhət görüb.

Qeyd edək ki, iyul ayı boyunca Anadoluda bir sıra ağır sel və daşqın hadisəsi baş verib. Ən çox zərər çəkən bölgə isə Rizədir. İyulun 16-dan başlayan güclü yağış və fırtınalı hava səbəbindən 6 nəfər ölüb, iki nəfər itkin düşüb. Təbii fəlakət nəticəsində 47 bina tamamilə dağılıb, 99 binada ciddi zədə və qəza halı aşkarlanıb, 41 avtomobil yararsız vəziyyətə düşüb.

Mənbə: axar.az