Şəmkirdə ağır qəza - Ölənlər var

Şəmkirdə ağır qəza  - Ölənlər var

Şəmkir rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

"Qafqazinfo" xəbər verir ki, rayonun Yeni Həyat kəndi ərazisində "Mercedes" və "VAZ 2106" markalı avtomobillər toqquşub. Nəticədə "VAZ 2106" markalı maşında olan iki nəfər həlak olub. Onların şəxsiyyəti müəyyənləşdirilir.

Murad Əhməd

Mənbə: qafqazinfo.az