Şirvanda yanmış meyiti tapılan şəxsin kimliyi məlum oldu

İyulun 21-də Şirvanda yanmış vəziyyətdə meyiti aşkar olunan şəxsin kimliyi məlum olub.

Modern.az xəbər verir ki, araşdırmalar nəticəsində meyitin 20 gün əvvəl itkin düşən Şirvan sakini, 1974-cü il təvəllüdlü Məmmədov Fikrət Sücəddin oğluna məxsus olduğu məlum olub.

Məlumata görə, tüfeyli həyat tərzi keçirən həmin şəxs yüksək gərginlikli elektrik xəttinə toxunaraq yanmış və tanınmaz halda aşkar edilib.

Faktla bağlı Şirvan prokurorluğunda istintaq işləri davam etdirilir (apa).

Modern.az

ƏVVƏLKİ XƏBƏR

Çindən ABŞ-a cavab: 7 rəsmi şəxs qara siyahıya salındı

SONRAKI XƏBƏR

Tokiodakı olimpiya məşəli söndü