Su qıtlığına görə etirazlar: Xameneyi küçələrə çıxanlara haqq qazandırdı “MƏMURLAR PROBLEMİ HƏLL ETMƏLİDİR...”

İranın ali dini lideri Ayatolla Əli Xameneyi bildirib ki, su qıtlığına görə etiraz edən insanları günahlandırmaq olmaz. İranın Dövlət mediasının iyulun 23-də verdiyi məlumata görə, Xameneyi məmurları problemi həll etməyə çağırıb.

“İnsanlar öz narazılıqlarını bildirirlər və reallıqda biz onları günahladıra bilmərik. Onların problemlərini həll etmək lazımdır. Allaha şükürlər olsun ki, dövlət və qeyri-hökumət təşkilatlarının hamısı çalışır, su böhranının həlli üzərində işləyirlər və bu iş davam etdirilməlidir", deyə Xameneyi vurğulayıb.

Artıq neçə gündür ki, İranın cənub-qərb bölgələrində su qıtlığı və elektrik kəsilmələrinə görə, etiraz aksiyaları keçirilir. Etirazların mərkəzi Xuzestan əyaləti və onun inzibati mərkəzi olan Ahvaz şəhəridir. Etirazlar tez-tez təhlükəsizlik qüvvələri ilə toqquşmalarla müşaiyət olunur və aralarında polislər də olmaqla bir neçə nəfərin öldüyü məlumdur. Xuzestan vilayətində çayların səviyyəsinin enməsi regionda içməli su qıtlığı yaradıb. Həmçinin zəmilərdə suvarma problemi yaranıb. Su qıtlığı öz növbəsində elektrik təchizatında da problemlərə səbəb olub.

virtualaz.org

Virtualaz.org

ƏVVƏLKİ XƏBƏR

Ümid edirik ki, bütün ölkələr bu prosesdə iştirak edəcək - BMT

SONRAKI XƏBƏR

Hindistanda leysan yağışları 129 nəfərin ölümünə səbəb oldu