Bakıda polis “avtoş”u belə saxladı – VİDEO

Bakıda polis “avtoş”u belə saxladı –   VİDEO

Bakının Binəqədi rayonu, 8-ci mikrorayon ərazisində, “Çinar” restoranının qarşısında polislə avtoxuliqanlıq edən sürücü arasında mübahisə yaşanıb.

Pravda.az-ın xəbərinə görə, “Niva” markalı 90-OV-039 qeydiyyat nişanlı avtomobilin sürücüsü avtoxuliqanlıq edən zaman yol polisinin avtomobilinə zərər vurub.

Polis sürücünü saxlamağa çalışanda o, qaçmağa cəhd göstərib. Onun bu cəhdi baş tutmayıb, polis əməkdaşları tərəfindən saxlanılıb.

Hadisə şahidləri Pravda.az-a bildiriblər ki, sürücü “Nuru” adlı şəxsdir. O, məhkəmənin qərarı ilə 15 gün müddətinə inzibati həbs cəzası alıb.

Qeyd olunub ki, sürücü 1 aydır, azadlığa buraxılıb. O, bundan əvvəl də avtoxuliqanlığa görə cəzalanıdırılıb.

Mənbə: pravda.az