Boko Haram hərbi bazanı ələ keçirdi: Ölənlər var

Kamerunun şimalında Boko Haram terrorçuları ilə ordu arasında silahlı toqquşma olub.

Axar.az xəbər verir ki, bu barədə "Sinxua" xəbər agentliyi məlumat yayıb.

Silahlı insident zamanı Kamerun ordusunun 7 əsgəri həlak olub.

Terrorçular Saqme bölgəsindəki bazaya hücum edərək oranı ələ keçiriblər.

Ölənlərdən əlavə yaralılar da var.

Şahidlərin sözlərinə görə, Çad gölü yaxınlığındakı döyüş bir neçə saat davam edib.

Qeyd edək ki, Kamerun ordusunun hazırkı itkiləri son 10 ay ərzində verilən ən böyük itkilərdir.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

On minlərlə fransız karantin rejiminin sərtləşdirilməsinə etiraz edib - VİDEO

SONRAKI XƏBƏR

İran esminesi icazəsiz Estoniya ərazisinə daxil olub