Tacikistanda mədəndə partlayış- Ölən var

Tacikistanın Suğd bölgəsində kömür mədənində baş verən partlayış nəticəsində bir nəfər ölüb, səkkiz nəfər yaralanıb. Azvision.az xəbər verir ki, bu barədə RİA Novosti-yə İsfara meriyasının mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, partlayış Şurob kömür mədənində olub. Partlayışın nəticələrini aradan qaldırmaq üçün hadisə yerinə Fövqəladə Hallar Komitəsinin əməkdaşları, yanğınsöndürənlər və həkimlərdən ibarət xilasetmə qrupu səfərbər olunub.

Qeyd edək ki, İsfara şəhərində yerləşən Şurob Tacikistanın şimalındakı ən böyük kömür yataqlarından biridir.

Şahanə Rəhimli

 

Azvision.az

ƏVVƏLKİ XƏBƏR

Saatlıda avtomobil ağaca çırpıldı - xəsarət alan var

SONRAKI XƏBƏR

Tokio 2020: Çin liderdir