Bağdadda onlarla dinc sakinin həyatına son qoyan partlayışın təşkilatçıları saxlanılıb

Bakı. Trend:

İraqın paytaxtı Bağdadda nəticəsində 30 dinc sakinin həlak olduğu 19 iyul terror hücumunun hazırlanmasında şübhəli bilinən şəxslər ölkənin hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bunu İraqın Baş naziri Mustafa əl-Kazimi bildirib.

"Hazırda saxlanılanlar araşdırmalar üçün istintaq orqanlarına gətirilib. Yaxın gələcəkdə onlara qarşı həbs qətimkan tədbiri elan ediləcək", - məlumatda deyilir.

Xatırladaq ki, 19 iyulda İraqın paytaxtında əhalinin sıx olduğu bazarda partlayış törədilib. Terror hücumu 30 vətəndaşın ölümünə, 50-dən çox sakinin yaralanması isəbəb olub.

Trend.az

ƏVVƏLKİ XƏBƏR

Bolqarıstan Balkanlarda ən uzun tunelin inşasına başlayır

SONRAKI XƏBƏR

İngiltərədə peyvənd əleyhdarları Baş nazirinin iqamətgahına yürüş edib - VİDEO