Rusiyada qəzaya uğrayan təyyarənin qalıqları tapılıb

Rusiyada iyulun 19-da radarlardan itən “An-2” tipli təyyarənin qalıqları tapılıb.

ONA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, turist qrupu təyyarənin qalıqlarını Buryatinin Okinsk rayonunda dağlıq ərazidə aşkarlayıblar.

Hadisə yerinə xilasedicilər göndərilib. Ancaq xilasedicilər pis hava şəraitinə görə hələ hadisə yerinə yaxınlaşa bilmirlər.

Qeyd edək ki, göyərtəsində 6 nəfərin olduğu "Feniks" aviaşirkətinə məxsus təyyarə iyulun 19-da radarlardan itib.

Ona.az

ƏVVƏLKİ XƏBƏR

Güclü “Nepartak” tropik qasırğası Olimpiya Oyunlarının keçirildiyi Tokioya leysan yağışlar gətirəcək

SONRAKI XƏBƏR

Sibel Can pandemiyada nələr yaşadı?