Belçika küçələrində yenə sellər axır – VİDEO

Leysan yağışları Belçikada yenə ciddi fəsadlar yaradıb.

“RT” xəbər verir ki, daşqınlar nəticəsində nəqliyyat infrastrukturu iflic olub.

Ən çox Namür vilayyəti ziyan görüb: burada sellər maşınları yuyub aparıb, dəmiryolu qovşaqları sıradan çıxıb. Bəzi rayonların sakinləri təxliyə olunub.

Sinoptiklərin məlumatına görə, leysan yağışları bütün gün davam edəcək.

Xatırladaq ki, Belçikada iki həftə əvvəl aramsız leysanların yaratdığı təbii fəlakət nəticəsində 30 nəfər həyatını itirib.

 

 

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

MMA üzrə peşəkar turnir keçiriləcək - VİDEO

SONRAKI XƏBƏR

“İlqar Danabaş”ın qətli: killer “Hacı Beyləqanski” cinayətdən 9 il sonra həbsxanaya yola salındı Azərbaycan POMİDORU UĞRUNDA QANQSTER MÜHARİBƏLƏRİ