Əfqanıstan MN: “24 saatda 175 “Taliban” üzvü zərərsizləşdirildi”

Əfqanıstan MN: “24 saatda 175 “Taliban” üzvü zərərsizləşdirildi”

Əfqanıstan hökumətinin “Taliban”a qarşı başlatdığı hərbi əməliyyatlar davam edir.
Yeniavaz.com “TASS”a istinadla xəbər verir ki, bu barədə Əfqanıstan hökumətinin Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, son 24 saatda aparılan əməliyyatlarda 175 “Taliban” silahlısı öldürülüb, 84 nəfər isə yaralanıb. Hərbi əməliyyatların Nanqarhar, Paktika, Loqar, Qəzni, Qəndəhar, Herat, Bəlx, Cauzcan, Samanqan, Sarı-Pul, Helmand, Bədəxşan, Kunduz və Bağlan vilayətlərində aparıldığı vurğulanıb.
Təhlükəsizlik qüvvələrinin yollarda radikalların qurduğu doqquz əldəqayırma partlayıcı qurğu aşkar edərək zərərsizləşdirdiyi qeyd olunur.

Mənbə: www.yeniavaz.com