Yəməndə 17 husi döyüşçüsü öldürüldü

Yəməndə 17 husi döyüşçüsü öldürüldü

Yəməndə husi qiyamçıları ilə hökumət qüvvələri arasında silahlı toqquşma baş verib.

Axar.az xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

Məlumata görə, husilər Mərib istiqamətində hökumət qoşunlarına hücuma keçiblər.

Səudiyyə Ərəbistanı koalisiyasının dəstəyi ilə husilərə hava zərbələri endirilib. Nəticədə 17 nəfər ölüb, 35 nəfər isə yaralanıb.

Mənbə: axar.az