Xorvatiyada avtobus aşdı: ölənlər var

Xorvatiyada avtobus aşdı: ölənlər var

Xorvatiyanın şimal-şərqində, Slavonski-Brod şəhərin yaxınlığında sərnişin avtobusu qəzaya uğrayıb.

Modern.az-ın HINA agentliyinə istinadən verdiyi məlumata görə, Şimali Makedoniyadan gələn avtobus xəndəyə düşüb.

Nəticədə 8 nəfər ölüb, onlarla insan xəsarət alıb.

Mənbə: modern.az