Vaksin əleyhdarı idi, koronavirusa yoluxdu, öldü… VAKSİN VURDURMAQDANSA YOLUXMAĞI ARZU EDİRDİ

Vaksin əleyhdarı idi, koronavirusa yoluxdu, öldü… VAKSİN VURDURMAQDANSA YOLUXMAĞI ARZU EDİRDİ

ABŞ-ın Kaliforniya ştatında yaayan və vaksin əleyhdarı olan 34 yaşlı Stefan Harmon koronavirusa yaxalanıb və həyatını itirib. Virtualaz.org xarici KİV-lərə istinadən xəbər verir ki, Harmon ötən il sosal şəbəkələrdə vaksinlərə qarşı təbliğat aparmışdı. “Vaksinlər 90-95 faiz effektlidir, ancaq bir neçə risk var, bildiyiniz kimi. Məsələn, vaksin vurulandan sonra ölmək. Ona görə də virusa yaxalansaydım karantinə girər, sonra da sağlam şəkildə yaşamıma geri dönərdim, çünki virusa yoluxub sağalmaq 99 faiz (immunitet qazanmaq baxımından) effektlidir”,-Stefan Harmon yazırdı.

Lakin o, ötən həftə koronavirusa yaxalanıb və vəziyyəti sürətlə ağırlaşıb. Stefan Harmon xəstəxanada, oksigen cihazına bağlanmış vəziyyətdə fotosunu sosial şəbəkədə yerləşdirərək izləyicilərindən ona dua etmələrini xahiş edib. “Virusla bacardığım qədər savaşdım, amma indi vəziyyət kritikdir. Süni tənəffüs aparatına qoşulacağam. Nə zaman ayılacam, bilmirəm, mənim üçün dua edin”,-gənc amerikalı yazmışdı.

Amma duaların vaksin qədər faydası olmayıb və Harmon reanimasiyadan sağ çıxmayıb.

Virtualaz.org

 

Mənbə: virtualaz.org