Goranboyda avtomobil aşıb

Goranboy rayonunda yol qəzası baş verib.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Goran qəsəbəsi yaxınlığında qeydə alınıb.

Döngələrdən birində idarəetməni itirən sürücü avtomobili aşırıb. İlkin məlumata görə, qəza nəticəsində Bakı və Kürdəmir sakinləri olmaqla iki nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Day.az

ƏVVƏLKİ XƏBƏR

Erməni siyasətçilər öz müdafiə idarələrinin itkilər barədə məlumatlarına inanmır – VİDEO

SONRAKI XƏBƏR

Bayden Tixanovskaya ilə görüşdü