Yağış yüz yaşı olan ziyarətgahı dağıtdı

Yağış yüz yaşı olan ziyarətgahı dağıtdı

Şəkidə sakinlərin ziyarətgah kimi qəbul etdiyi irigövdəli ağac yağış səbəbindən aşaraq xeyli ziyan vurub.

 

BAKI, 28 iyul — Sputnik. Aramsız yağışlar Şəkidə fəsadlara yol açıb. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, şəhərin “Dağ Dibi” məhəlləsində, Koroğlu 24 ünvanında, Rəşad Cəfərova məxsus fərdi yaşayış evinin həyətində olan irigövdəli ağac aşıb. Yarımçıq tikilinin üzərinə aşan ağac onu uçurub. Həmçinin, həyətlərarası və yol kənarındakı divarlar dağılıb.

Sakinlərin sözlərinə görə, gövdəsinin diametri bir, çətirinin diametri isə 10 metrdən böyük olan bu ağacın yüzdən artıq yaşı var. Yerli əhali bu ağacı ziyarətgah kimi qəbul edərək ona dualarının qəbul olması niyyəti ilə müxtəlif parçalar da bağlayırmış.

Şəkidə yağış fəsad törətd Sputnik / Ibrahim HashimovŞəkidə yağış fəsad törətd Sputnik / Ibrahim HashimovŞəkidə yağış fəsad törətd Sputnik / Ibrahim Hashimov1 / 3Şəkidə yağış fəsad törətd

Sakinlər bildiriblər ki, hər gün bu ağacın kölgəsində bir neçə avtomobil olurdu. Bu gün hava yağışlı olduğundan heç kəs ağacın altında maşın saxlamayıb. Xoşbəxtlikdən, hadisə zamanı xəsarət alan da olmayıb.

Mənbə: sputnik.az