Hindistanın şimalında daşqınlar nəticəsində 16 nəfər ölüb

Hindistanın şimalındakı Himaçal-Pradeş ştatında güclü musson yağışları zamanı meydana gələn daşqınlar nəticəsində azı 16 nəfər ölüb, iki nəfər xəsarət alıb.

APA xəbər verir ki, bu barədə “Xinhua” xəbər agentliyi yerli icra orqanlarına istinadən məlumat yayıb.

Məlumata görə, daşqınlar ştatın üç bölgəsinə ziyan vurub. Çamba bölgəsində 2, Kullu bölgəsində 4, Lahaul-Spitidə 10 nəfər ölüb.

Hindistanda musson mövsümü başlayıb. Leysan yağışlarının səbəb olduğu daşqınlar və bədbəxt hadisələr barədə məlumatlar ölkənin müxtəlif yerlərindən eşidilir. Ölkənin qərb ştatı olan Maharaştrada ötən həftə 190-dan çox insan ölüb.

Sherg.az

ƏVVƏLKİ XƏBƏR

FES uçot dərəcəsi ilə bağlı qərarını elan etdi

SONRAKI XƏBƏR

Ermənistan ordusunun Kəlbəcər istiqamətində ötən gecə dağıdılan postu MÖVQELƏRİMİZİ BU VAQONDAN ATƏŞƏ TUTUBLAR