Bakı-Quba yolunda avtomobil yanır

Bakı-Quba yolunda avtomobil yanır

Bakı-Quba yolunun Giləzi kəndi ərazisində “Mercedes” markalı avtomobil yanır.

“Report”un Şimal bürosunun verdiyi məlumata görə, hadisə yerinə Xızı Rayon Yanğından Mühafizə Xidmətinin texnikası və canlı qüvvəsi, habelə, kömək üçün Sumqayıt Yanğından Mühafizə Xidmətinin bir texnikası da cəlb olunduğu bildirilir.

Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Mənbə: report.az