Britaniyanın ticarət donanması Oman sahillərində gəmiyə hücum edildiyini bildirdi

Bakı. Trend:

Birləşmiş Krallıq Dəniz Ticarət Təşkilatı Ərəb dənizində Oman sahillərində gəmiyə hücum edildiyini bildirib.

Trend-in məlumatına görə, bu barədə təşkilatın saytına xəbər verilib.

Məlumata əsasən, hücum ötən gün axşam törədilib. Gəminin növü və digər təfərrüatlar haqqında hələ məlumat verilməyib.

Hadisənin araşdırılmasına başlanılıb.

Trend.az

ƏVVƏLKİ XƏBƏR

"Neftçi"dən ayrılan futbolçu Yunanıstan klubuna keçib

SONRAKI XƏBƏR

Azərbaycanda iranlı iş adamı şərikinin qətlini sifariş etdi - Cinayətkar dəstə onu öldürdü