Tərtərdə qəbristanlıqdan oğurluq edənlər tutulub

Tərtərdə qəbristanlıqdan oğurluq edənlər tutulub

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində rayonun Ələsgərli kəndində yerləşən qəbristanlıqdakı məzarların ətrafına quraşdırılan məhəccərin alüminiumdan olan bəzək əşyalarını oğurlayan iki nəfər şəxs “iş başında” saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan “Report”a verilən məlumata görə, araşdırmalarla onların rayon sakinləri Səxavət Axundlu və Kənan Tağızadə olduqları müəyyən edilib.

Dindirilmə zamanı hər iki şəxs törətdikləri oğurluq əməlini etiraf edərək, qanunsuz yolla əldə etdikləri bəzəkləri “QAZ-32213” markalı nəqliyyat vasitəsinə yükləyərək hadisə yerindən uzaqlaşmaq istədiklərini bildiriblər.

Qeyd edilən faktla bağlı Tərtər RPŞ-də araşdırmalar aparılır.

Mənbə: report.az